|
Ayrılıqdan sonra ilk tətil - Fotolar

Uzun müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan Beren Saat və Kənan Doğulu cütlüyü birlikdə görüntülənib.

Məşhur aktrisa və müğənni tətildən gələrkən hava limanında obyektivlərə tuş gəlib.

Onlar 1 həftə öncə getdikləri Los-Ancelesdən ötən gün geri dönüblər. Qol-qola görüntülənən sənətçiləri köməkçiləri qarşılayıb. K.Doğulu fotolarını çəkən müxbirlərə “Tətil gözəl keçdi. Bir az yorğunuq. Sonra danışarıq” deyə, söyləyib.

Cütlük idman tərzindəki geyimləri ilə diqqət çəkib.