|
Azərbaycan XİN Keniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Keniyanı Müstəqillik günü münasibəti ilə təbrik edib.

Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

“Keniya respublikasını Müstəqillik günü münasibəti ilə təbrik edirik. Keniya xalqına sülh və əmin-amanlıq arzulayırıq”, – deyə qeyd olunub.