|
"Azneftyağ"ın minlərlə işçisi ixtisar olunub -
"Azneftyağ" neft emalı zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilməsi nəticəsində kütləvi ixtisarlar aparılır. 
 
 
Əldə etdiyimiz məlumata görə zavodun 4 min işçisindən 2 min nəfəri artıq ixtisar edilib, 1500 nəfərə isə xəbərdarlıq məktubu göndərilib. Zavodun direktoru Elman İsmayılovun imzası ilə göndərilən xəbərdarlıq məktubunda işçilərə 2 ay sonra ixtisar olunacaqları bildirilib. Bundan əlavə onlara yeni iş axtarmaq üçün hər həftənin bir iş günü ayrılıb. Eyni zamanda işdən könüllü gedənlərə 5 aylıq maaş müqabilində kompensasiya təklif olunur.