|
Lavrovun Bakıda Mehriban Əliyeva barədə dediklərinə reaksiyalar

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 20-23-ü aralığında uğurlu Rusiya səfəri hələ də müzakirə olunmaqdadır. Son olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşü zamanı bu məsələyə toxunması səfəri bir daha gündəm edib.

Lavrovun fikirlərindən sitat: “Biz Mehriban Əliyevanın Rusiya Federasiyasına səfərini, onun prezident Putinlə, baş nazir Medvedyevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində ”Azərbaycan" pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri hökmən həyata keçirəcəyik. Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin daha bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir".

Əliyevanın səfəri ilə bağlı Azərbaycanda da bir-birinə oxşar mövqelər səslənməkdədir. Əksəriyyət bu səfərin iki qonşu ölkə arasında bütün sahələr üzrə yaxın münasibətlərə töhfələr verəcəyini düşünür. Eyni zamanda Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələrinin olacağı vurğulanır.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli: “Mehriban xanımın Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər...”

Politoloq Elçin Mirzəbəyli deyilən fikirlərlə razılaşır: “Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərinin həm iki dövlətin münasibətlərinə, həm də Azərbaycan və Rusiya xalqları arasında əlaqələrə töhfə verdiyi qənaətini mən də tamamilə bölüşürəm. Təsadüfi deyil ki, bu məqam Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşündə də xüsusi olaraq vurğulandı. Birinci vitse-prezidentin Rusiya prezidenti Vladimir Putin, bu ölkənin hökumət sədri Dmitri Medvedyev, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, turizm, sosial, humanitar və mədəni və s. sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyinin qeyd edilməsi sadalanan istiqamətlərdə ciddi irəliləyişlərin əldə olunacağını düşünməyə əsas verir. Bununla yanaşı, mən Mehriban xanımın Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində gördüyü işləri, sadəcə, onun şimal qonşumuza ilk rəsmi səfəri ilə məhdudlaşdırmaq istəməzdim. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirir, Ermənistanın, erməni lobbisinin ölkəmiz əleyhinə apardığı total qarayaxma kampaniyasının zərərsizləşdirilməsi istiqamətində addımlar atır, azərbaycanlıların müsbət keyfiyyətlərini, Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olan bir xalq olduğunu, qısacası, xalqımız haqqında həqiqətləri Rusiya cəmiyyətinə təqdim etməyə çalışır. Bu istiqamətdə əldə olunan irəliləyişlər isə göz qabağındadır. Məsələ burasındadır ki, Rusiyada olduğu kimi bizdə də şimal qonşumuz və burada yaşayan xalqlar haqqında müəyyən yanlış stereotiplər formalaşdırılıb. Bu prosesdə daha öncə qeyd etdiyim kimi, erməni təbliğatının da rolu olub. Bununla yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını arzulamayan, bölgədə çeşidli maraqları olan dairələr və onların nüfuz müvəkkilləri də Azərbaycan və Rusiya münasibətlərinin müsbət məcraya yönəlməməsi üçün bütün vasitələrdən istifadə ediblər. Bizə elə təqdim olunub ki, guya Rusiyada ictimai rəy heç bir əhəmiyyət kəsb etmir. Bu ölkədə bizə qarşı daşlaşmış, tabulaşmış bir yanaşma var və bu yanaşmanı dəyişmək mümkün deyil. Bu, bəzən məqsədyönlü təbliğatın elementlərinin, bəzən isə prosesləri doğru dəyərləndirə bilməyən, kənar müdaxilələrin təsiri altında formalaşan emosional yanaşma olub. Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi tədbirlər, o cümlədən Azərbaycan və Rusiya gəncləri, hər iki ölkənin mədəniyyət və incəsənət adamları arasında körpü yaratmaq istiqamətində atılan addımlar yanlış yanaşmaların önünə sədd çəkilməsinə zəmin yaratdı, daşlaşmış stereotipləri sıradan çıxardı və münasibətlərin inkişafı üçün yeni imkanlar yaratdı”.

əziz əlibəyli ile ilgili görsel sonucu

Əziz Əlibəyli: “Rusiyada Mehriban xanımın ən yüksək səviyyədə qarşılanması...”

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Rusiyada Mehriban xanımın ən yüksək səviyyədə qarşılanması iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ başladıb. Ən əsası əlaqələrin inkişafı üçün yeni potensiallar kəşf edilib. Azərbaycan Mehriban Əliyevanın timsalında Rusiya ilə əlaqələrin yeni formasını qurmaqdadır. Əməkdaşlıq və qarşılıqlı faydaların dərinləşməsi həm Qarabağla bağlı, həm də bu ölkədə yaşayan azərbaycanlılar üçün olduqca vacibdir. Digər tərəfdən, artan turizm imkanları və iqtisadi münasibətlərdən hər iki tərəf kifayət qədər qazanclı çıxa bilər. Nəzərə alsaq ki, Avropa və ABŞ-dan Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar var və artıq təsirini göstərir, demək ki, ilk növbədə Rusiyanın bizə ehtiyacı var”.