Donor qanının köçürülməsi nəticəsində bir nəfər İİV virusuna yoluxub.
"Bu ilin 11 ayı ərzində ölkədə yeni İİV-ə yoluxma faktı 592 nəfərdə təsdiqlənib".
Musavat.com bildirir ki, bu barədə QİÇS-lə Mübarizə Mərkəzinin rəsmisi Natiq Zülfüqarov mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə virusa yoluxanların 563-ü (95 faizi) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) isə əcnəbidir. Qeydiyyata alınan 563 Azərbaycan vətəndaşının 371 nəfəri (65,9 faizi)kişi, 192 nəfəri (34,1 faizi) qadınlardır.
Həmçinin qeyd edilib ki, son 11 ayı ərzində qeydiyyata götürülən vətəndaşların əksəriyyəti, yəni 47,8 faizində heteroseksual kontakt, 41 faizində inyeksion narkotik istifadəsi nəticəsində, 3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keşmə, 0,02 faizində isə donor qanın köçürülməsi nəticəsində İİV-ə yoluxub. 6,6 faizinin isə yoluxma yolu müəyyən edilməkdədir
