|
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-kənar dairəvi yolun Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1952-ci il təvəllüdlü Əkbərov Fəxrəddin Heydər oğlu idarə etdiyi "Nissan" markalı, 90 NM 529 dövlət qeydiyyat nişanlı avtomaşını yol kənarında olan metal yolayırıcına vurub. O, xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.