Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. İclasda Baş Nazir Əli Əsədov və digər rəsmi şəxslər iştirak edir. Spiker Oqtay Əsədov gündəliyə ümumilikdə 23 məsələnin daxil olduğunu bildirdi: “Qanun layihələrinin bəziləri III oxunuş, bəziləri isə II oxunuşdur”.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) məlumat verən komitə sədri Ziyad Səmədzadə dedi ki, dövlət büdcəsi ölkəmizin milli maraqlarına cavab verir, eyni zamanda ölkə iqtisadiyyatının bütün sahələrində islahatların həyata keçirilməsinə imkan verəcək.
Bundan sonra spikerin təklifi ilə büdcə layihəsi səsə qoyuldu və 92 səs lehinə, 2 səs əleyhinə olmaqla III oxunuşda qəbul edildi.
