|
ATƏT sədri Azərbaycana səfərə gəlib

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak Azərbaycana səfərə gəlib.

Musavat.com "Report"-a istinadən xəbər verir ki, səfərdə məqsəd Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak etməkdir.

ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşəcək.

M.Layçak Slovakiya, o cümlədən ATƏT-lə Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı müzakirələr aparacaq.