İranda bir futbol matçında sonra başlanan etiraz aksiyası , polisin sərt müdaxiləsindən sonra, rejimi əleyhinə aksiyalara çevrilib. Hadisə ərəblərin yaşadığı Ahvaz və Huzistan bölgələrini əhatə edib.
Türkiyə mətbuatının yazdığına görə, polisin sərt müdaxiləsindən sonra, aksiya daha da şiddətlənib. Aksiyaçıların silahdan istifadə etdiyi bildirilir. Hazırda Ahvaz bölgəsinə ordunun yeridildiyi qeyd olunur.
Qeyd edək ki, 1925-ci ildən İranın nəzarətində olan Huzistan və Ahvaz bölgələrində sünni ərəblər yaşayır. Beynəlxalq İnsan Hüquq Təşkilatları İran rejiminin, bu bölgələrin yerli əhalisinə qarşı assimliyasiya siyasəti apardığını bildirir.
Ahvaz və Huzistan bölgələrində baş vermiş olayların video görüntüləri də yayılıb.
