|
Bakıda daha 6 tələbə qız zəhərləndi

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, dəm qazından zəhərlənənlər Xəzər Universitetinin tələbələridir.

Tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər:

"Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir".

***

Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

Digər iki qız müalicələrini davam etdirir.