|
XİN Bosniya və Herseqovinanı Milli bayramı münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Herseqovinanı Milli bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"İnanırıq ki, Azərbaycanla Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlığın inkişafı xalqlarımızın maraqlarına xidmət edəcək", - deyə qeyd olunub.