|
Çində kömür mədənində qəza - İşçilər mədəndə qaldı

Çinin şərqindəki Şandun əyalətində kömür mədənində qəza baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində 11 nəfər mədəndə təhlükəli vəziyyətdə qalıb.

Hazırda mədənçilərin xilas olunması üçün əməliyyat aparılır.

Qəzanın səbəbləri məlum deyil, araşdırma başlayıb.