|
"Prokuroru vur" əmirinin kimdən gəldiyi ortaya çıxdı -

Türkiyədə solçu  terror təşkilatı  DHKP-C- tərəfindən  öldürülən  prokuror  Mehmet Səlim Kirazın işi ilə bağlı sensasion detallar üzə çıxıb.

İki terrorçu tərəfinmdən girov götürülən prokurorun kimin əmri ilə güllələnməsi aydınlaşıb.
Türkiyə hüquq mühafizə orqanlarının CSM şirkətindən aldığı informasiya  əsasında  məlum olub ki, terror qruplaşmasının Yunanıstanda yaşayan rəhbəri  Fevzi Tekin telefon vasitəsi ilə terrorçulara tapşırıqlar verib.  
Prokuror girov götürüləndən sonra 6 saat  terrorçularla danışıqlar aparılıb. Həmin müddətdə terrorçular Fevzi Tekinlə də mütəmadi olaraq əlaqə saxlayıblar. Axşam saatlarında isə iki terrorçuya Fevzi Tekindən qəti əmr gəlib: "Prokuroru vur".
Güllə səslərinin eşidilməsinin ardından Türkiyə hüquq mühafizə orqanları əməliyyat keçirib və terrorçular öldürülüb.(avropa.info)