Deputat Ceyhun Osmanlı mərhələli şəkildə komandadan uzaqlaşdırılır.
Tia.az-ın xəbərinə görə nurçu qalmaqalında adı hallan deputatın mərkəzin qara siyahısında yer aldığı və cəzalandırıldığı təsdiqini tapır.
Atasının işdən çıxarılması C.Osmanlının iqtidar düşərgəsindən birdəfəlik kənarlaşdırılmasına hesablanmış addımdır. Xəbərə görə, deputatın növbəti seçkilərdə mandatsız qalacağı ehtimalı artıq güclənib.
“Azərbaycanda bütün sahələr üzrə struktur islahatlar getdiyi kimi, aqrar sahədə də struktur islahatlar aparılır. Bu islahatları alqışlayırıq”. Bu sözləri deputat Ceyhun Osmanlı atası Yunus Osmanovun vəzifəsini itirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə bu, təkcə atası ilə bağlı islahat deyil. Qeyd edək ki, deputat Ceyhun Osmanlının atası Yunus Osmanov Göyçay rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini vəzifəsində çalışırdı.
