|
Suraxanıda 33 yaşlı qadını maşın vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Qəhrəmanova Xəyalə Surxay qızı yolu keçmək istəyərkən maşın vurub. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub.