Son zamanlar ölkəmizdə yayılan mövsümi xəstəliklər qrip, kəskin boğaz ağrısı insanlar arasında qorxu yaradıb.
Bəs bu xəstəliyə səbəb nədir, bu xəstəliklərdən necə qorunmaq olar? Bununla bağlı CİA.Az əməkdaşı tanınmış həkim Seyfəddin Əsəddən açıqlama alıb.
Xəstəliklə əlaqədar danışan həkim insanlara bir sıra məsləhətlər də verib:
"Qrip virusu ilə əlaqəlidir. Payızda tempuratur kəskin dəyişir, adamlar diqqətsiz olurlar. İmmuniteti yüksək olan adamlar xəstələnmirlər. Qrip olan zaman buruna gündə 7 dəfə soğan suyu tökmək məsləhətdir. Sarımsaq yemək, gündə bir neçə dəfə çay qaşığı ilə bal sovurmaq lazımdır. Çoxlu meyvə-tərəvəz, göyərti qəbul etmək məsləhət görürəm".
CİA.Az
