|
Azərbaycanlıların Almaniyada qeyri-adi sərgüzəştləri-

Mühacir alverində kimlərin adı hallandırılır?

Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb. “Report”un Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-nə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub. Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Almaniya Federal Daxili İşlər Nazilriyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda məlumat veriləcək.

“Yeni Müsavat” xatırladır ki, noyabrın 13-də alman polisi Azərbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yazıb. Məlumatda bildirilir ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev və obyektə basqın edilərək, bir neçə nəfər həbs olunub. Məlumatda bildirilir ki, həmin dəstə üzvləri qaçaq yolla Azərbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir.

Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. Meydan TV-yə verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır.

***

Yafəz Əkrəmoğlu ile ilgili görsel sonucu

Musavat.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı Almaniyada yaşayan mühacir jurnalist Yafəz Əkrəmoğlu aşağıdakıları yazıb: “əvvəlki statusumda bildirmişdim ki, Almaniya federal polisi Azərbaycandan Almaniyaya mühacir daşıyan bandanı ifşa edib və bu işlə bağlı xeyli azərbaycanlının evidə və ofisində axtarış edib, bir neçə nəfər həbs olunub.

Bu xəbəri alandan sonra araşdırmalara başladım və bir çox sənədli faktlar toplaya bildim. Həmin faktları qısa şəkildə sizinlə paylaşıram:

Evlərdə və ofislərdə axtarış Koblenç prokurorluğunun sanksiyası əsasında həyata keçirilib. Sanksiyada insan alveri ilə bağlı açılmış bir cinayət işində təqsirləndirilən Azərbaycan vətəndaşlarının soyadları göstərilir (ad göstərilmir).

Bunlar Xəlilbəyli, Həsən (soyaddır), Cavadov və başqalarıdır. Cinayət işinə əsaslanmış sanksiyadakı məlumatların qısaldılmış forması belədir:

Azərbaycan vətəndaşı, təqsirləndirilən şəxs, Xəlilbəyli ən azı 2015-ci ildən bəri pul müqabilində, saxta sənədlərlə Azərbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyə kimi məlum olan sayı 60 nəfərdir. Xəlilbəyli minlərlə avro qarşılığında onlara saxta siyasi mühacir sənədləri də verib. Güya həmin şəxslər siyasi səbəblərdən Azərbaycanda təqib olunurmuşlar.

O gətirdiyi adamlara özünün Almaniyada sözü, keçən biri kimi təqdim edib. Xəlilbəyli qaçaq yolla gətizdirdiyi adamlara mühacir işi ilə bağlı necə davranmaları ilə bağlı təlimatlar verib. Bundan əlavə o, qurbanlarının əlindən həqiqi sənədlərini alıb.

O, həmin şəxslərin guya Azərbaycanda siyasi səbəbdən izlənmələri ilə bağlı saxta sənədləri təqsirləndirilən şəxs Həsən (soyaddır- İlham Həsən ola bilər) və təqsirləndirilən Cavadovun vasitəsilə əldə edib. İndiyə kimi ən azı 50 bu cür iş görülüb və bu yolla 300.000 avrodan çox pul əldə olunub.

Təqsirləndirilən şəxs Həsən ən az 7 dəfə dolu paketdə Xəlilbyəliyə saxta sənədlər göndərib.

Çoxsaylı azərbaycanlının ev və ofislərində axtarışlara səbəb istintaq dövrü toplanan bu cür məlumatlar olub. Hələlik bu qədər. İzləməyə davam edin".

***

Həbib Müntəzir ile ilgili görsel sonucu

Almaniyada yaşayan jurnalist, Meydan TV-nin rəhbəri Həbib Müntəzir isə sözügedən məsələ ilə bağlı saxlanılan azərbaycanlı mühacirlərin siyahısını dərc edib.

Musavat.com H.Müntəzirin sözügedən statusunu təqdim edir:

Almaniyada siyasi mühacir ovu

Məndə olan siyahı budur:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri.

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini.

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu.

5) Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri.

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü.

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

Qeyd: Bu adamlar siyasi mühacir alverində, saxta sənədlər təşkil etməkdə ittiham olunaraq saxlanılıblar.

Türkel Rüstəmxanlı ile ilgili görsel sonucu

Türkel Rüstəmxanlı: “Atamı Berlinə gedərkən saxlayıblar, amma detalları bilmirik”

Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında atasının noyabrın 13-də səhər saat 5 radələrində saxlandığını deyib. O, həmin vaxt Berlinə gedirmiş. Müsahibimizin sözlərinə görə, hazırda araşdırma aparıldığı üçün onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.

T.Rüstəmxanlı deyir ki, “Legat” İnteqrasiya Mərkəzi yalnız Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. T.Rüstəmxanlı da mərkəzin yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərdiyini bildirir.

Türkel Rüstəmxanlı ile ilgili görsel sonucu

Əlövsət Əliyev

Onun sözlərinə görə, Ə.Əliyevin vəkili var. Ailə hələlik ittihamın detalları ilə bağlı məlumatlı deyil: “Yaxın günlərdə ailəsi olaraq onunla görüşəcəyik. Əlavə məlumatları da ancaq o zaman mediaya verə bilərik”.

İlham Həsənin həbsi xəbəri yalan çıxdı

Müsavat Partiyasının mətbuat xidməti açıqlama yayaraq bildirib ki, İlham Həsənin saxlanması haqında xəbər yalandır.

“İlham Həsənin özü ilə danışdım. Bildirdi ki, saxlanmayıb, yalan məlumatdır” - Müsavatın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.

İlham Həsən ile ilgili görsel sonucu

Açıqlamada həmçinin qeyd edilir ki, sosial mediada həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında həbsi barədə heç bir məlumat olmayan və Müsavat üzvü olmayan şəxslər də var: “Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov nəinki Müsavat üzvü deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib. Xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək”.

İlham Həsən günün sonunda video yayaraq həbs xəbərini təkzib edib.

Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur

Əminik ki, günahı olanlar cəzalarını alacaq günahsızlar isə sərbəst buraxılacaq. Barəsində nəinki məhkəmə hökmü olmayan, hətta saxlanması barədə məlumatlar dəqiqləşməmiş şəxslər barədə kampaniya başlamağa tələsmək lazım deyil", - deyə açıqlamada bildirilir.

İ.Həsənin qardaşı Kamil Həsənov da “Yeni Müsavat”a açıqlamasında qardaşının həbsi ilə bağlı yayılan xəbərin yalan olduğunu deyib. Onun sözlərinə görə, qardaşı hazırda evindədir və telefonunda problem olduğu üçün heç kəslə əlaqə yarada bilmir.

İ.Həsən özü isə yaydığı videomüraciətdə bildirib ki, evindədir və həbsi ilə bağlı yayılan xəbərlər yalandır.

Müsavatın Divan üzvü Mustafa Hacıbəyli isə “facebook”da yazıb ki, Almaniyaya Ukraynadan ucuz işçi qüvvəsi gətirilməsi ilə bağlı bəzi şəhərlərdə polis əməliyyatları keçirilib.

“Bu zaman bəzi azərbaycanlı miqrantlar da saxlanılıb. Saxlanılanlardan birinin Əlövsət Əliyev olduğu təsdiqlənib.

Digərinin Müsavat üzvü Mehdi Xəlilbəyli olması barədə Meydan TV saytı məlumat yayıb. Amma bu xəbər hələ təsdiqlənməyib.

Sosial mediada həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında, həbsi barədə heç bir məlumat olmayan və Müsavat üzvü olmayan şəxslər də var.

Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir.

Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib",-deyə M.Hacıbəyli qeyd edib.

Onun sözlərinə görə, xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir:

“Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək. Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur. Əminik ki, günahı olanlar cəzalarını alacaq, günahsızlar isə sərbəst buraxılacaq.

Barəsində nəinki məhkəmə hökmü olmayan, hətta saxlanması barədə məlumatlar dəqiqləşməmiş şəxslər barədə kampaniya başlamağa tələsmək lazım deyil".