|
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ağac əkiblər - VİDEO

Bakının Xətai rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyanın təşkilatçısı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyidir. 10 mindən çox gənc bu aksiyada iştirak edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə kampaniyasının keçirildiyi ərazidə olub, ağac əkiblər, gənclərlə görüşüblər.