|
Müxalifət xaricdə niyə Qarabağdan danışmır?

Partiya funksionerlərinə görə, bunun üçün onlara dövlətin dəstəyi lazımdır...

Hazırda Azərbaycan diasporunu üzərinə düşən əsas vəzifələrdən biri də Qarabağ həqiqətlərini dünyaya tanıtmaqdır. Bu xüsusda hökumət də xaricdə mütəmadi  tədbirlər, toplantılar təşkil edir. 

Bəs ölkə müxalifəti nə edir? Bu gün onlarla müxalifətçi xarici ölkələrdə müxtəlif adlarla sığınacaq alıb, yaşayır. Onların bir qismi sosial şəbəkələrdə çox aktiv olsalar da, Qarabağla bağlı deyil, daha çox hökumətin əleyhinə çıxışları ilə tanınırlar. Ekspertlər bildirirlər ki, elə bir çox müxalifət birliklərinin və partiyalarının da xaricdə keçirilən toplantılara qatılmağının məqsədi Azərbaycan hökumətinə qarşı bəyanatlar səsləndirmək, xarici donorlardan daha çox qrant qoparmaqdır. Bəs Qarabağ? 

İqbal Ağazadə ile ilgili görsel sonucu

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, partiya olaraq onların buna maddi imkanları çatmır: “Bunun üçün partiyanın imkanları məhduddur. Ona görə də xarici ölkələrdə bu kimi dinləmələr təşkil edə bilmirik. Ancaq xaricdə və ölkədə təşkil edilən tədbirlərdə hər zaman Qarabağ məsələsinə toxunub, bu problemlə bağlı həqiqətləri səsləndirirəm”.

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP sədri Sərdar Cəlaloğlu söylədi ki, bu cür dinləmələri müxalifət deyil, xarici nümayəndəliklər təşkil edirlər: “Vaxt vardı ki, Amerika Konqresində bu cür dinləmələr keçirilib. Eyni zamanda, Avropada da belə dinləmələr olurdu. Onlardan birində mən, Eldar Namazov, İsa Qəmbər də çıxış ediblər. Həmin zaman biz çıxış edib, öz mövqeyimizi ortaya qoymuşuq. İndi dinləmə keçirilmirsə, biz necə deyə bilərik? Xaricdə çıxışlarım zamanı hər zaman bir nömrəli məsələmiz kimi Qarabağ haqqında fikirlər bildirmişəm”.

Tural Abbaslı ile ilgili görsel sonucu

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Qarabağ məsələsi ümummilli məsələdir və buna görə də iqtidar, müxalifət istər daxildə, istərsə də xaricdə yeri gəldiyində həqiqətləri qabartmalıdır: “Bununla da məsələni dünyanın diqqətinə bir daha gətirməlidir. Müxalifətin vəziyyətini nəzərə alsaq, o zaman fərqli məqamlar da var. Bilirik ki, dinləmələr xərc və digər bu kimi məsələləri tələb edir. Hansı ki, müxalifət bu gün o durumda deyil. Məsələn, bizim partiya bu dəqiqə elə bir durumda deyil ki, xarici dövlətin hansındasa dinləmələr təşkil etsin. Ən azından orada dinləmələrin texniki təşkili baxımdan kifayət qədər məbləğlər lazımdır. Azərbaycan hökumətinin özü də bu dinləmələri təşkil edən zaman ümumi standart qaydalardan daha çox xərclər çəkir. Bu mənada müxalifəti çox qınamaq olmur. Ancaq müxalifət təşkil edilən platformalarda, dinləmələrdə Qarabağ məsələsini gündəmə gətirə bilər. Mövzunu bu və ya digər formada aparıb, Qarabağ məsələsinin üzərinə çıxarıb, Ermənistanın işğalçı siyasətini ifşa edə bilər. Məndə olan məlumata görə məqam düşdükcə müxalifət liderləri imkan düşdüyü zaman xaricdə Qarabağ məsələsini qabardıblar və bunun aktual olmağına çalışıblar. Belə liderlər, partiya rəhbərləri, QHT-lər var.

Tam yoxdur desək, ədalətsiz olar. Bir çox hallarda dinləmələri beynəlxalq donor təşkilatları təşkil edir. Müxalifətdən də kimlərisə ora dəvət edir. Həmin mövzular da konkret olaraq hansısa məsələ ətrafında olduğun üçün Qarabağ məsələsini qaldıra bilmirlər. Heç kimi qınamaq da istəmirəm. Ancaq bildiyim qədər bu mövzunu qaldıran kifayət qədər müxalifət funksioneri var. Bu kimi dinləmələrin təşkilində dövlət olaraq maraqlı olmalıyıq. Dövlət özü birbaşa bu proseslərdə iştirak etməlidir. Bir var, beynəlxalq aləmdə Qarabağla bağlı dinləmələr təşkil edilsin, bir də var bunu dövlətin özü etsin. Beynəlxalq aləm təşkil edəndə Ermənistan tərəf əks-arqumentlərə keçir ki, ”siz diktatorsunuz, daxildə belə bir mühit yaratmısız" və sairə. Nəticədə məsələnin əsas mahiyyəti kənarda qalır. Dövlət dəstək olarsa və bunu müxalifət partiyaları qaldırarsa, o zaman bunun səmimiyyətinə şübhə yaranmaz. Heç kim müxalifəti yuxarıda qeyd etdiyim məsələdə ittiham edib, diqqəti Qarabağdan bu mövzuya yönəldə bilməyəcək. Ona görə də müxalifətin və dövlətdən asılı olmayan QHT-lərin dövlətin dəstəyi ilə bu dinləmələri təşkil etməsi önəmlidir".