Dünyaca məşhur müğənni Zayn Malikin kiçik bacısı, 17 yaşlı Safaa hamilədir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda gənc qızın özü paylaşım edib. O, qız anası olacağını yazıb.
Qeyd edək ki, Safaa bu ilin senyyabrında 17 yaşı tamam olduqdan 3 gün sonra rəsmi olaraq evlənib. Mərasim İngiltərədə baş tutub. Zayn Malik isə işlərinin çoxluğu səbəbilə bacısının toyunda iştirak etməyib.

