Qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qətl hadisə mayın 3-də Sumqayıtda Nərimanov küçəsi, "Mərkəzi bazar" ərazisində baş verib.
Eynək satılan dükanların birində Abdullayev Seymur Zərablı oğlu şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızına bıçaqla çoxsaylı zərbələr endirib.
Xəstəxanaya çatdırılan qadın 11 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
Seymur Abdullayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
