|
Müdafiə nazirlərinin Bakı toplantısı və Ermənistanın məkrli niyyəti

“Şoyqu bölgədə olduğu zaman Ermənistanın Qazax tərəfdən təxribata əl atması da məqsədlidir” - politoloq

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyasını və MDB üzvü olan dövlətlərin müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətlər müzakirə edilib.

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları - 2019"un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, ”Elmə başlanğıc" İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanıb. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də müzakirə olunub.

Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. ile ilgili görsel sonucu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasındakı çıxışında deyib: “Bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Fürsətdən istifadə edərək, bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. ile ilgili görsel sonucu

Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. (AZƏRTAC) Dövlət başçısı deyib ki, bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. “Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir”, dövlət başçısı bildirib. İ.Əliyev qeyd edib ki, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir: “Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır”.

Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində ile ilgili görsel sonucu

Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan birinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi olduğunu qeyd edən prezident deyib ki, Azərbaycan ümumi qələbəyə böyük töhfə verib: “Bunu demək kifayətdir ki, ümumi qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini - neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə - orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir”.

Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. ile ilgili görsel sonucu

Prezident daha sonra erməni faşizminə diqqət çəkərək deyib: “Təsadüfi deyil ki, tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə Azərbaycanda çox həssas yanaşırıq. Bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir. Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq. Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, ”Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür". Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni əslində bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın".

Sonra çıxış edən Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu onlarla görüşə vaxt ayırdığına görə prezidentə təşəkkür edib.

Qeyd edək ki, Şoyqu Bakıya Ermənistana işgüzar səfərindən sonra gəlib. Səfər zamanı S. Şoyqu Gümrüdə 102-ci Rusiya hərbi bazasını yoxlayıb, həmçinin “Qarabağ məsələsinin həll olunduğunu” iddia edən ermənistanlı həmkarı David Tonoyanla görüşüb. Lakin nazirlərin Bakı görüşündə Qarabağdan bəhs olunmayıb. Ən azı rəsmi məlumatlarda buna rast gəlmədik.

Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. ile ilgili görsel sonucu

Bu arada D.Tonoyan sərsəm iddialarını davam etdirməkdədir. Eyni zamanda o, Bakı toplantısına qatılmadı. Cəbhədə isə təxribata əl atmaqla toplantını pozmağa və Rusiyanın diqqətini Ermənistan-Azərbaycan sərhədinə cəlb etməyə çalışdı. Belə ki, oktyabrın 29-da axşam saatlarından başlanmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sərhəd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, onun diqqətini daha çox Şoyqunun İrəvana səfəri cəlb etdi: “Niyə məhz Bakıya gələrkən yolunu İrəvandan saldı, əsas məsələ budur. Bu ona işarədir ki, Rusiya balans saxlayır. Hətta Azərbaycana gələrkən Ermənistana gedir. Hansı ki, ayrı vaxt da gedə bilərdi. Bu, sanki bizə bir mesajdır. Ancaq Rusiya ilə Ermənistan arasında gələn il üçün hərbi əməkdaşlığın növbəti istiqamətləri başqa vaxtda da razılaşdırıla, sənəd imzalana bilərdi”. Politoloq qeyd etdi ki, Şoyqu bölgədə olduğu zaman Ermənistanın Qazax tərəfdən təxribata əl atması da məqsədlidir: “Bununla da İrəvan Rusiyanı prosesə qoşmaq istəyini növbəti dəfə büruzə verdi. Sözsüz ki, bu, ermənilərin növbəti təxribatı idi”.

musavat