|
Gülbən keçmiş əri ilə yenə görüşür

Türkiyəli müğənni Gülbən Ərgən keçmiş əri Mustafa Ərdoğan haqqında danışıb.

 

Axşam.az xəbər verir ki,  onunla hələ də görüşdüklərini bildirən Gülbən yaxın qohum kimi olduqlarını bildirib:

"Mustafa ilə yaxın qohum kimiyik. Bizim övladlarımız var. Onlar üçün görüşüb, hər zaman bir araya gəlirik".

Qeyd edək ki, G.Ərgən və M.Ərdoğan 2009-cu ildə boşanıblar. Cütlüyün 3 oğlu var.