|
Bakıda qadın əməliyyat zamanı ölüb

Bakıda klinikada ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb.

Həmin klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra ölüb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.