|
Elman Rüstəmov istefa verməsi barədə yayılan məlumata münasibət bildirib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov istefa verməsi barədə məlumatı şərh edib.

Trend-in məlumatına görə, mətbuat konfransında çıxış edən E.Rüstəmov vəzifədə qalacağını deyib.

O, jurnalistlərdən yalnız rəsmi mənbələrə əsaslanmağı xahiş edib:

"Bu gün mən sizinlə Mərkəzi Bankın sədri kimi danışıram. Jurnalistlərdən yalnız rəsmi mənbələrə əsaslanmağı xahiş edirəm".