Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşündə deyib.
E.Məmmədyarov bildirib: "Bu münaqişə başlayan vaxtdan hərbi əməliyyatlar Azərbaycan ərazisində keçirilib. Münaqişə Azərbaycanın infrastrukturuna və dinc sakinlərin yaşamına təsir göstərib. Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarlığımızı bildiririk"
