|
Prezident büdcədən ən çox vəsait alan iki sahə ilə şəxsən maraqlandı

Yol və məcburi köçkünlərə mənzil tikintisinə gələn il də böyük vəsait sərf olunacaq

Nazirlər Kabinetinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev dövlət vəsaiti hesabına sosial və infrastruktur layihələrin icrasının davam etdiriləcəyini bəyan edib. Ölkə başçısı büdcə xərcləmələrinə qənaət edilməsi, xərclənmələrdə səmərəliliyin artırılması yolu ilə daha çox sosial və infrastruktur layihələrinin icra olunmasının gərəkdiyini vurğulayıb.

Müşavirədən sonra prezident dövlət vəsaitləri hesabına irihəcmli layihələrin icra olunduğu ayrı-ayrı sahələr üzrə qurumların rəhbərləri ilə görüş-müzakirələrə başlayıb. İlk olaraq İ.Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.

Prezident Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın keyfiyyətli avtomobil yolları ilə təminatına görə mövqeyinin irəlilədiyini qeyd edib: “Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin.

Ümumdünya İqtisadi Forumu ile ilgili görsel sonucu

Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir. Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Saleh Məmmədovu qəbul edib. ile ilgili görsel sonucu

Bu il eyni zamanda şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır".

AAYDA rəhbəri bildirib ki, cari ilin doqquz ayı ərzində ölkədə 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır. İlin sonuna qədər bu, 1122 kilometr olacaq.

Ölkə rəhbəri turist axınının çox olduğu Xınalığa, Qonaqkəndə yol çəkilişi sahəsində görülən işlərlə maraqlanıb. Eyni zamanda magistral yollarla bağlı vəziyyəti, Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi, Rusiya sərhədinə gedən yeni yolu soruşub. S.Məmmədovun cavabından aydın olub ki, Rusiya sərhədinə qədər olacaq asfalt-beton örtüklü yolun gələn ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. Gəncə-Gürcüstan sərhədinin dörd zolağa genişləndirilməsinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulsa da, S.Məmmədov prezidentə həmin yolun 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil veriləcəyini vəd edib. Bundan əlavə, prezident İran sərhədinə gedən yolun Astara şəhərinin içərisindən çıxarılması barədə göstərişinin icrası vəziyyəti ilə maraqlanıb. Agentlik rəhbəri bildirib ki, yol hazırdır, Astara çayı üzərindəki kröpü başa çatan kimi hərəkət şəhərin içərisindən kənar yol keçiriləcək.

AAYDA ile ilgili görsel sonucu

S.Məmmədovun sözlərindən aydın olub ki, bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq istifadəyə verilib. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq.

Prezident sonda qeyd edib ki, yol çəkilişi gələn ilin dövlət investisiya proqramında da əhəmiyyətli yer tutacaq.

Rövşən Rzayevi qəbul edib ile ilgili görsel sonucu

Oktyabrın 18-də Prezident Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.

Məcburi köçkünlərin mənzillə təminatı sahəsində böyük işlər görüldüyünü deyən İ.Əliyev özəl sektorun bu sahəyə vəsait ayırmasını yüksək qiymətləndirib: “Sevindirici hal ondan ibarətdir ki, ”Qobu-1" və “Qobu-2" komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan ”Qobu-3" də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.

Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib".

Qaçqınlara yeni tikilən evlər ile ilgili görsel sonucu

Dövlət başçısı R.Rzayevə gələn il üçün məcburi köçkünlərin mənzil təminatı üçün görüləcək işlərin indidən planlaşdırılmasını tapşırıb.

Komitə sədrinin verdiyi məlumata görə, Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır: “Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.

Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq. Özəl sektorun töhfələri çox önəmlidir. Siz qeyd etdiyiniz kimi, özəl sektor tərəfindən tikilən 1300 ailəlik “Qobu Park-2" artıq açılıbdır. Özəl sektorun vəsaiti hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz var. İlin sonunadək biz o mənzilləri də məcburi köçkünlərə təqdim edəcəyik. Beləliklə, Siz dediyiniz rəqəmlər ilin sonuna qədər tamamilə həllini tapacaq”.

Bundan əlavə, Abşeron rayonunun “Stansiya Sumqayıt” deyilən ərazisində 1250 ailəlik qəsəbənin tikintisi başlayıb, 10 ay ərzində təhvil verilməsi nəzərdə tutulur: “Eyni zamanda Sumqayıt şəhərində Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də ayrılıbdır. O istiqamətdə də fəaliyyət göstərilir. Gələn illərdə orada da tikintiyə başlamaq nəzərdə tutulub”.

Komitə sədri bildirib ki, gələn il üçün məcburi köçkünlərin mənzil təminatı proqramı üç variantda işlənib: “Biz gələn il Abşeron rayonunda əlavə olaraq 1890 ailəlik, Goranboy rayonunda isə 552 ailəlik qəsəbələr sala bilərik. Bunlar üç variantdır, Sizin diqqətinizə çatdırırıq, tapşırıqlarınızı gözləyəcəyik. Gəncə şəhərində 1512 ailəlik qəsəbə sala bilərik. Bunların hamısının vəsaiti Sizin tərəfinizdən ayrılıbdır. Qaradağ rayonunun ”Ümid" qəsəbəsində də 500 ailəlik şəhərcik sala bilərik. Şəmkir rayonunun ərazisində 375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz ikinci variantdır. Üçüncü variantımız - məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda 800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik və Samux rayonunun ərazisində 200 ailəlik qəsəbələr sala bilərik. Birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub".

İ.Əliyev isə cavabında üçüncü variant üzərində dayanmağın gərəkdiyini bildirib: “Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir”.