|
Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı

Türkiyənin Qars şəhərində avtomobil yolunun kənarında partlayış baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində oradan avtomobil ilə keçən 7 hərbçi xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.