|
Koalisiya Yəmənin Taiz şəhərini bombalayır

Koalisiya qüvvələri Yəmənin Taiz şəhərinə aviazərbələr endirib.

Hədəfdə husiləri dəstəkləyən hərbçilərin mövqeləri olub.

Həmçinin Taiz beynəlxalq hava limanının da zərbələrə məruz qaldığı bildirilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.