|
Keniyada universitetə hücum: 147 ölü -

Keniyanın Qarissa şəhərində silahlıların universitetə hücumu nəticəsində ölənlərin sayı 147-yə çatıb.

Cia.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi Keniyanın rəsmi qurumlarına istinadən xəbər verib.

Hadisə yerində xüsusi əməliyyat nəticəsində  4 silahlı məhv edilib. Hücumun  “Əş-Şəbab” qruplaşması tərəfindən həyata keçirildiyi bildirilir.

***

Keniyada silahlıların universitetə hücumu nəticəsində 70 nəfər ölüb, azı 80 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, yüzlərlə tələbənin taleyi qeyri-müəyyən olaraq qalır.

Tələbələrin universitet yataqxanasında girov götürüldüyü bildirilir. İlkin məlumata əsasən, hücum “Əş-Şəbab”qruplaşması tərəfindən həyata keçirilib.