Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız martın 31-də ölkədə baş vermiş elektrik kəsintisilə bağlı araşdırmaların nəticələrindən danışıb.
Nazir Türkiyənin enerji şəbəkəsinin Avropanın ikinci ən böyük enerji şəbəkəsi olduğunu və belə bir hadisənin təkrarlanmayacağına inandığını deyib. Taner Yıldız kiber hücum ehtimalını da istisna etməyib:
“Ölkədə baş vermiş məlum elektrik kəsintisi məhz texniki bir səbəbdən baş veribsə, o zaman bu dövlətlə qurumları ilə müzakirə etmək lazımdır. Əgər kəsinti başqa bir səbəblərdən baş veribsə, yenə də bunu da dövlətlə qurumları ilə birlikdə araşdırmamız gərəkir”.
