|
Fransua Olland Bakıya gəlir

Azərbaycan və Fransa regionlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Onun sözlərinə görə, səfərin dəqiq vaxtı müəyyən deyil, amma səfərlə bağlı hazırlıq aparılır
Səfir aprelin 6-na Mingəçevirə gedəcəyini deyib.

Diplomat Mingəçevirdə bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Mingəçevir və Fransanın regionları arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq müzakirə olunacaq.