|
Azərbaycan yığması AVRO-2020-nin seçmə qrupunda növbəti oyununu keçirib

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrupunda növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, Azərbaycan yığması Macarıstan milli komandasının qonağı olub.

Oyun ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu M.Korxut vurub.

 

Beləliklə, Azərbaycan yığması 6 turdan sonra 1 xalla qrupda sonuncu yerdə qərarlaşır.