|
Qənirə Paşayeva: "Dünyanın çox ölksində olmuşam, Özbəkistandan gözəlini görməmişəm"

Bir neçə gündür ölkəmizdə qonaq olan Özbəkistan mədəniyyətinin tanınmış simaları Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələrlə görüş keçirirlər. Paralel olaraq, tədbirdə görkəmli alim, professor Babaxan Şərifin 70 illik yubileyi qeyd olunur.

Tədbiri giriş sözü ilə universitetin rektoru Cəfər Cəfərov açdı. O, qonaqları və iştirakçıları salamladı. Daha sonra rektor qonaqları iştirakçılara təqdim etdi:" Bizim bu salonda görkəmli şəxsiyyətlərlə tez-tez görüşümüz olur. Bu gün xüsusi bir gündür. Çünki özbək mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə etmişik. Bu gənclər ölkəmizin gələcəyidir. Onların hansı nuru necə alacağından çox şey asılıdır. Siz tələbləri salamlayıram".

Daha sonra söz millət vəkili Qənirə Paşayeva verildi:" Özbəkistan qardaş ölkədir. Orada yaşayanlar da bizimkilərdir. Bir müddət öncə orada səfərdə oldum. Deyirdim ki, öz vətənimdən vətənimə gəlmişəm. Sizlər də öz vətəninizdən vətəninizə gəlmisiniz. Bu universitetdə olmaqdan məmnunam. Cəfər müəllim, sizə təşəkkür edirik. Bu ali məktəbin nüfuzunu daha da artırdınız. Allah uğurlarınızı daha da çox etsin. Müəllimlik ən müqəddəs , şərəfli peşədir. Siz müəllimləri salamlayıram. Əziz gənclər, bizim üçün Azərbaycandan şərəfli heç nə yoxdur. Müstəqilliyimiz bizim üçün çox önəmlidir. 10 milyon üçün deyil, 50 milyondan çox insan üçün Azərbaycan böyük önəm daşıyır. Biz dünyada çoxuq. Biz bir olsaq, daha güclü olarıq. O zaman türk dövlətləri yarananda birliyimizi daha yaxından hiss edirdik. Vaxtı ilə problemlərimiz yarananda türk dövlətləri birlikdə olsaydılar, bu problemləri yaşamazadıq. Şükürlər olsun ki, bu günə gəlib çıxdıq. İnanıram ki, birliyimiz daha da möhkəmlənəcək. Sadəcə, bu birliyin altını doldurmaq lazımdır. Bu toplantını çox önəmli hesab edirəm. Çünki gələcəyimiz sizlərsiniz".

Deputat Azərbaycan-Özbəkistan münasıbətlərindən də danışdı:"Dünyanın yüzdə 80 faiz dövlətində olmuşam. Özbəkistandan gözəlini görməmişəm. Qardaş dövlətləri görməyə çalışın öncəliklə can atın. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan münasibətlərinin artmasl türk dünyası üçün çox vacibdir. Sevincimizi, kədərimizi bölüşməliyik. Gənclər, siz bizdən daha vacib missiyanı daşıdığınızı unutmayın. Öncəliklə yaxşı oxumaq əsas missiyanız olmalıdır. Bu bizim üçün çox önəmlidir. Evimdə və ofisimizdə qədimdən indiyə qədər olan xəritələrimizi saxlayıram. Sizlər də belə edin. Bu sizə güc verəcək. Yaxud da bir şəhidin fotosunu evinizdən asın və hər gün onun gözlərinin içinə baxın. O gözlər sizə çox şeyi deyəcək. "Maşın-Şou"ya baxan gənc nə düşünə bilər? Bu verilişin nə önəmi var? Hələ bilmirəm ki, o veriliş nə deməkdir. Biri əlini qoydu, digəri götürdü, anlamı var? Türk dünyasından bəhs edən filmlərə, seriallara baxın. O zaman o dövlətləri daha yaxından öyrənəcəksiniz. Bu tədbirdən çıxanda bu barədə yaxşı düşünün. Siz çox şeyi dəyişə bilərsiniz. Hər birimiz üçün ən böyük arzu işğal altında olan torpaqlarımızın azad edilməsidir. Xankəndinə bayraq asmağımız da türk dünyasının birliyindən keçir. Babaxan Şərifin yubileyini sonda bir daha təbrik edirəm. Hər birinizə təşəkkür edirəm".