|
Abutalıbov mitinqə “hə” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Oxu.Az xəbər verir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞİH mitinqin aprelin 5-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.
 
Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur.