|
Şimali Koreya havaya raket buraxıb

Şimali Koreya çərşənbə günü Yaponiya dənizinə raket atıb.

Trend-in məlumatına görə, raketin buraxılması Wonsan liman bölgəsindən baş tutub. Başqa hər hansı əlavə məlumat verilmir.

Qeyd edək ki, Şimali Koreya bu yaxınlarda mütəmadi olaraq qısa məsafəli ballistik raketlər buraxır.