|
"Soyqırımı" ağ yalandır

Türkiyədə “Beynəlxalq hüquqa görə Qarabağın işğalı” adlı konfrans keçirilib.

ANS PRESS-in məlumatına görə, “Anadolu Sənayeçi və İşadamları” dərnəyinin (ANASİAD) təşkil etdiyi tədbirdə Azərbaycanı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı təmsil edib. Sabir Rüstəmxanlı çıxışı zamanı qondarma “erməni soyqırımı” iddialarının ağ bir yalan olduğunu deyib.

““Erməni soyqırımı” iddiaları yalandır. Dünyanın türklərə qarşı uydurmasıdır. Dünya bu məsələdə kordur”.

Millət vəkili həmçinin həmsədr ölkələrin bu problemi həl edə bilməyəcəyini ifadə edib:

“Rusiya ermənilərə silah verir. Fransada soyqırımı yoxdur deyənlərə cəza verilir. Bu mövzuya yad olan 3 ölkə bu problemi necə həl edə bilər?”

Çox işləməli olduğumuzu deyən Sabir Rüstəmxanlı qarşı tərəfi uzlşma yoluna getməməkdə ittiham edib:

“Onlarla ildir cavab vermədik. Bir kitab yazmadıq. Problemin həlli üçün qarşı tərəfə arxivləri açın dedik, istəmədilər. Kitablara baxaq dedik, razı olmadılar. Osmanlı vaxtı 3 qitədə, daha sonra Atatürk tərəfindən dövlət quruldu. Türkiyəni parçalamaq istəyirlər. Bunu hər bir türk bilməlidir”.

Çin, Rusiya və Balkan müharibələri olmasaydı yer üzündə 600 milyon türk olacağını deyən Rüstənxanlı hazırda 300 milyon türk yaşadığını vurğulayıb.

Türkiyə üzərində oyunlar oynandığını bildirən millət vəkili Kipr və qondarma “erməni soyqırımı” iddialarının da bu oyunun tərkib hissəsi olduğunu deyib.