|
"Zəng etdilər ki, gəlin əmlakınızı aparın"

"Xural" qəzetinin müsadirə edilmiş əmlakı qaytarılır.

Arqument.Az xəbər verir ki, bu barədə Əvəz Zeynallı "facebook"da məlumat yayıb. 

""XURAL" qəzetinin əmlakını 2011-ci il oktyabrın 19-da müsadirə etmişdilər. Dünən Nərimanov rayon icra nümayəndələri zəng etdilər ki, gəlin əmlakınızı aparın. Bu gün - aprelin 2-də, saat 15.00-da gedib icradan əmlakımızı götürəcəyik. Həssas qələm sahiblərini, jurnalist dostlarımızı da gözləyirəm. 4 ildən sonra əmlakımıza yenidən sahib olacağıq...", - deyə Ə. Zeynallı bildirib.