|
Göygöldə 15 yaşlı qız itkin düşdü

Göygöl rayonunda azyaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Atayeva Mehriban Bağman qızı sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.