|
Deputatın avtomobili yaxınlığında partlayış olub - Ölənlər var

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış yerli deputat Əbdüqadir Arabounun avtomobili yaxınlığında olub.

Məlumata əsasən, partlayış nəticəsində deputatın sürücüsü və mühafizəçisi həlak olublar.

 

Qeyd edilir ki, Ə.Arabou partlayış nəticəsində xəsarət almayıb.