|
Meksikada pirotexniki şou zamanı 12 nəfər yaralanıb

Meksikanın Verakruz əyalətindəki Halapa şəhərində baş verən pirotexniki şou zamanı ən az 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə ölkənin müstəqilliyinin elan olunmasının 209-cu ildönümünün qeyd edilməsi zamanı baş verib.

Xəsarət alanlara lazımi tibbi yardım göstərilib.