|
Rusiyada yaşayış evində yanğın olub, 8 nəfər ölüb

Rusiyanın Krasnoyarsk şəhərində yaşayış evində yanğın olub.

Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində dördü uşaq olmaqla 8 nəfər həlak olub.

 

Yanğın saat 00:04-də lokallaşdırılıb, 00:36-da isə söndürülüb. Yanğının səbəbi müəyyən edilir.