|
4 qəzetə qarşı cinayət işi açıldı-
İstanbul Prokurorluğu "Bu Gün", "Cümhuriyyət", "Posta" və "Hürriyyət" qəzetləri haqqında araşdırmaya başlayıb.
Prokurorluq  Mehmet Səlim Girasın öldürüldüyü hücuma dair   qəzetlərdə  çıxan yazılarla bağlı  istintaq başlayıb. Qəzetlərə  "Terror təşkilatının təbliğatını aparmaq"  ittihamı irəli sürülüb.
Qeyd edək ki, adları çəkilən qəzetlərin dünənki sayında  terror aksiyası həyata keçirən DHKP-C-nin təbliğatı aparılıb.