Türkiyə siyasi dairələrində dünən terrorçular tərəfindən öldürülən prokuror Mehmet Səlim Giras olayı ciddi müzakirə olunur.
Türkiyə mətbuatı bu olayı 7 iyun seçkiləri öncəsi böyük bir oyunun tərkib hissəsi hesab edirlər.
Türkiyənin məşhur yazarı Abdulkadir Selvi Türkiyəni qarışdıran olayla bağlı yazdığı məqaləsində hadisənin sıradan bir DHKP-C terroru olmadığını bildirib.
"Elə ki, həll prosesini başladıq, PKK-nın səhnədən çəkilməsi ilə bağlı təşəbbüslər var, uzun bir müddətdir ki, yuxuda olan DHKP-C-ni canlandırdılar. DHKP-C Avropa Gladiosun istehsalı olan bir təşkilatdır"
Sabancı sui-qəsdini nümunə göstərən müəllif, bu sui-qəsdi törədən Fəhriyə Ərdalın Brüsseldə sərbəst buraxıldığını xatırladıb.
12 martda PKK-nın silahı buraxması ilə bağlı niyyət protokolu öncəsi THKP-C kartının meydana atıldığına diqqət çəkən müəllif ciddi iddialar ortaya sürüb.
DÜNƏN 70-Cİ İLLƏRDƏN BİR GÜN İDİ
"1970-ci ilin 12 Mart çevrilişi, İngiltərənin hazırlayıb ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə verdiyi bir plandı . ABŞ sağçı Dəmirəl hökumətini devirmək üçün solu istifadə etmişdi.
"Amerika rədd ol" deyə şüarlar səsləndirənlər, NATO-nun radar bazasını dağıdanlar , Amerika səfirinin maşınını yandıranlar əslində bilmədən Amerikanın düyməsini basdığı çevrilişinin həyata keçirilməsinə xidmət edirdilər.
Onlar inqilab edəcəklərinə inanırdılar, amma saatlar çevriliş üçün qurulmuşdu. Yazıq oldu üç gəncə. Dəniz Gəzmiş, Hüseyn İnan və Yusif Aslanı asdılar. İnqilab uşaqları yedi.
ADİ BİR HƏRƏKƏT OLARAQ GÖRMƏYİN
Dünən 70-ci illərdən bir gündü.
Axşam oldu.
Girov böhranı yeni bir ölçü qazandı.
Dialoq başladı.
Ümüdləndik.
Qan axmadan bu işi başa çatmasını gözlədik.
Saniyələr saat, saatlar gün oldu.
6 saat 6 il kimi gəldi.
Axşam oldu. Saatlar irəliləməyə başladı.
Dialoqun telefonla davam etdiyi bir zamanda prokuror müavininin otağından əvvəl bir silah səsi eşidildi, sonra bir bomba partladı.
O anda hər şey dəyişdi.
Danışıqların həlledici mərhələsində Prokuror başından vurularaq ağır yaralanmışdı.
Danışıqlar davam edərkən Prokuror niyə vuruldu?
Hadisə çox isti , suallar çoxdur.
Söz bitdi, silahlar danışdı.
Bir daha danışıqlar yolu ilə nəticə almaq mümkün olmadı.
Və Türkiyə daha bir qanlı bir hadisə yaşadı.
Siz siz olun, İstanbuldakı aktı DHKP-C-nin adi bir aksiyası kimi görməyin.
Seçki öncəsi böyük aksiyalar üçün düyməyə basılıb".
