|
Türkiyədə motosikletlə avtomobil toqquşub: ölən və yaralananlar var

Türkiyənin Burdur vilayətində motosikletin maşınla toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisə Gölhisar rayonunda baş verib.

Motosiklet sürücüsü yerindəcə ölüb.

 

Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri yaxşıdır.