|
Rusiyada uşaq bağçası atəşə tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində bir şəxs öz evinin pənəcərəsindən yaxınlıqdakı uşaq bağçasını atəşə tutub.

Trend-in məlumatına görə, hadisə nəticəsində bağçanın ərazisində olan bir kişi yüngül yaralanıb.

Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda hadisənin motivləri araşdırılır.