|
Mexiko şəhərində ABŞ diplomatı basqına məruz qalıb

ABŞ-ın Meksikadakı səfirliyinin əməkdaşı Mexiko şəhərində basqına məruz qalıb.

Trend-in məlumatına görə, tapança ilə silahlanmış 61 yaşlı cinayətkar qadından təqribən 8 min dollar dəyərində Rolex markalı saatını əlindən alınıb. Bildirilir ki, o sonra hadisə yerindən qaçıb.

Hücum Mexiko şimal-qərbindəki Polanko rayonunda baş verib.

 

Araşdırma başlayıb, Meksikalı müstəntiqlərə ABŞ səfirliyinin işçiləri kömək edir.