|
Dodekanes adalarında 4,5 bal gücündə zəlzələ baş verib

Yunanıstanın Dodekanes adalarında 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ saat 04:01-də qeydə alınıb. Yeraltı təkanların ocağı 13,37 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrinə ən yaxın Türkiyənin Muğla vilayətinin Marmaris rayonu olduğu qeyd edilib.