|
ARDNF ötən ay 815,4 milyon dollar valyuta satıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ay ərzində həyata keçirilmiş valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan Trend-ə verilən məlumata görə, ARDNF tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.