Sabiq vitse-admiral Şahin Sultanov Azərbaycandakı obyektlərinə nəzarət edə bilir. Onun Rusiyadakı böyük biznesini idarə etmək imkanı məhdudlaşıb.
Tia.az-a mötəbər mənbədən verilən bilgiyə görə, Rusiyanın Krosnadar vilayətində yerləşən şərab zavodu vitse-admirala məxsus olsa da, qardaşının kurasiyasındadır.
Həmin zavodda müxtəlif növ içkilər istehsal edilir, Avropa və Rusiya bazarlarına ixrac olunur.
Bu içkilərin Azərbaycana da gətirildiyi deyilir. Məlumatda o da qeyd olunur ki, ev dustağı olan sabiq komandanın ölkədən çıxışı yasaq olunub.
Buna görə Sultanov fəaliyyətini davam etdirən zavoda baş çəkə bilmir. Sabiq komandanın ölkə xaricində olan biznesini qardaşı idarə edir. Qardaşının isə maliyyə xərclərində Sultanovla münasibətləri korlanıb.
